Menu

"Hərbi dəstəyi artırın” – Zelenski ilə Sunak arasında telefon danışığı olub

14.04.2023, 19:28
"Hərbi dəstəyi artırın” – Zelenski ilə Sunak arasında telefon danışığı olub

Böyük Britaniyanın Baş naziri Rişi Sunak və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, tərəflər telefon danışığı zamanı döyüş meydanındakı son vəziyyəti müzakirə ediblər.

Tərəflər həmçinin Ukraynaya hərbi dəstəyi sürətləndirməklə bağlı fikir mübadiləsi aparıblar. Baş nazir Sunak bildirib ki, Britaniya və onun müttəfiqləri Ukraynanın döyüş meydanında əldə etdiyi uğurları gücləndirmək üçün yardımlarını davam etdirəcəklər.

Zelenski də Ukraynaya hərbi dəstəyin artırılmasının vacib olduğunu vurğulayıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol