Menu

Türkiyədə mikroavtobus qəzaya uğrayıb

17.04.2023, 23:24
Türkiyədə mikroavtobus qəzaya uğrayıb

Türkiyənin Şırnak vilayətinin Uludərə rayonunda sərnişin mikroavtobusu yoldan çıxaraq aşıb. “Report” “Habertürk”ə istinadən xəbər verir ki, hadisə zamanı aralarında uşaqlar da olmaqla 8 nəfər xəsarət alıb.

Məlumata görə, qəzaya sürücünün idarəetməni itirməsi səbəb olub. Hadisə yerinə təcili yardım maşını və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Yaralılar xəstəxanaya çatdırılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol