Menu

"İranın nüvə silahı əldə etməsinin qarşısını alın..." – İsrail Çinə çağırış edib

18.04.2023, 11:37
"İranın nüvə silahı əldə etməsinin qarşısını alın..." – İsrail Çinə çağırış edib

İsrailin xarici işlər naziri Eli Kohen ilə çinli həmkarı Qin Qanq arasında telefon danışığı baş tutub.

“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, XİN rəsmiləri telefon danışığı zamanı ikitərəfli münasibətləri və regional məsələləri müzakirə ediblər.

E. Kohen “Twitter” hesabından paylaşım edərək, Pekini nüvə proqramını dayandırmaq üçün Tehran üzərində olan təsir imkanlarından istifadə etməyə çağırdığını yazıb: “Bu gün Çinin xarici işlər naziri Qin Qanq ilə danışdım. Ondan Yaxın Şərq və bir çox ölkələr üçün təhlükə yaradan nüvə proqramını dayandırmaq üçün İran üzərindəki təsirindən istifadə etməsini tələb etdim. İsrail İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün lazım olan hər vasitədən istifadə edəcək”.

Qeyd edək ki, son aylar Baş nazir Benjamin Netanyahu da daxil olmaqla İsrail hökuməti beynəlxalq ictimaiyyəti İranın nüvə silahı əldə etmək cəhdlərinin qarşısını almaqla bağlı çağırışlar edir. Təl-Əviv İranın nüvə proqramını öz milli təhlükəsizliyinə ciddi təhdid hesab edir.

“AzPolitika.ino”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol