Menu

Bakıda 40 nəfərə qarşı dələduzluğa görə axtarışda olan şəxs tutulub

27.04.2023, 11:03
Bakıda 40 nəfərə qarşı dələduzluğa görə axtarışda olan şəxs tutulub

Bakıda dələduzluğa görə axtarışda olan .əxs tutulub.

DİN-dən verilən məlumata görə, polis əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda Binəqədi rayonu ərazisində 40 nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Füzuli rayon sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Zeynəlabidin Məlikzadə saxlanılıb.

Araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol