“Rusiya Vaşinqtonun Azərbaycan və Ermənistan arasında sülh təşəbbüslərinin qarşısını almağa çalışacaq”.
“AzPolitika.info” xəbər verir ki, bunu politoloq Zərdüşt Əlizadə ABŞ paytaxıtnda keçirilən müzakirələri şərh edərkən bildirib. "Rusiyanın istəyi odur ki, Azərbaycanla Ermənistan arasında gedən danışıqlar və onların nəticələri tamamilə Rusiyanın nəzarətində olsun. Yəni, Rusiya çalışır ki, ifadəçilər kimi Azərbaycanla Ermənistanın qarşısında özü yazdığı not kağızını qoysun və desin ki, mən yazdığım havanı siz çalmalısınız".
Ekspert hesab edir ki, Azərbaycan və Ermənistan bunu istəmir, daha mülayim, bitərəf mövqe tutan ABŞ-ın vasitəçiliyinə üstünlük verirlər: "Bu, hər iki tərəfinin mövqeyi Rusiyanı cırnadır. Rusiya çalışır ki, burada bir qulp qoysun. Lakin vəziyyət dəyişib: Ermənistan itirdiyini itirib, Azərbaycan qazandığını qazanıb. Ona görə də biz artıq ciddi şəkildə hansısa ümumi razılaşmaya doğru irəliləyirik və ABŞ bizə bu istiqamətində yardım göstərir. Ən azı dünyadakı nüfuzundan istifadə edib bizim bu müstəqil qərar qəbul etmək qətiyyətimizi dəstəkləyir".
“AzPolitika.info”


Şərhlər