Menu

"Ruslar atışma taktikasını dəyişib" - Podolyak

02.05.2023, 08:14
"Ruslar atışma taktikasını dəyişib" - Podolyak

Rusiya Ukraynaya qarşı raketlərdən istifadə taktikasını dəyişib.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak bildirirb.

Onun sözlərinə görə, əgər əvvəllər ruslar infrastruktur və enerji obyektlərinə daxil olmağa çalışırdılarsa, indi onlar mülki insanları hədəfə alırlar.

Onun sözlərinə görə, bu yolla Rusiya Federasiyası cəmiyyətdə müəyyən reaksiyalar yaratmağa və Ukrayna hakimiyyətini tələsik hərəkətlərə təhrik etməyə, məsələn, əks-hücum əməliyyatını sürətləndirməyə çalışır ki, Ukrayna qəzəbli şəkildə hücuma keçsin və lazımi tədbirlər görsün.

"Düşmənin əsas məqsədi ukraynalıları sındırmaq istəyidir", - deyə Podolyak vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol