“Rusiya xüsusi xidmət orqanları mayın 9-na təxribatlar, xüsusən də Ukrayna əsgərləri adı altında Rusiyanın sərhədyanı rayonlarının mülki əhalisinə qarşı hücumlar hazırlaya bilər”.
“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov deyib.
Yusov Milli Müqavimət Mərkəzinin Bryansk və Kursk vilayətlərindəki rus hərbçilərinə Ukrayna Silahlı Qüvvələrinin geyim formasının paylanılmasıyla bağlı məlumatı belə şərh edib: “2014-cü ildən işğalçılar bu cür təxribatdan istifadə edirlər və ola bilsin ki, biz indi də bununla üzləşəcəyik. Bu vəziyyətdə belə təxribatlar Rusiya xüsusi xidmət orqanları tərəfindən müəyyən tarixlərə, məsələn, 9 May – Qələbə gününə təsadüf edə bilər. Təbii ki, nə Ukraynada, nə də bütün dünyada heç kim bu cür tamaşalara inanmayacaq. Amma bu o demək deyil ki, heç bir təxribat olmayacaq”.
“AzPolitika.info”


Şərhlər