Menu

Sudanda 600-dən çox insan ölüb, 5 mindən çox insan yaralanıb

09.05.2023, 18:44
Sudanda 600-dən çox insan ölüb, 5 mindən çox insan yaralanıb

Sudanda ordu ilə xüsusi təyinatlıların silahlı qarşıdurmaları nəticəsində 604 nəfər ölüb, 5 mindən çox insan yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Sudan Həkimləri Sindikatının məlumatına görə, ölkədə toqquşmalar nəticəsində ölən mülki vətəndaşların sayı 487 nəfərə yüksəlib, 2 612 nəfər yaralanıb.

Əsas toqquşmalar Sudanın paytaxtı Xartumda gedir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol