Menu

“Ukrayna Luqanskı “Storm Shadow”-la vurub” - Kreml təbliğatçıları iddia edir, Kiyevsə susur

13.05.2023, 13:44
“Ukrayna Luqanskı “Storm Shadow”-la vurub” - Kreml təbliğatçıları iddia edir, Kiyevsə susur

Xəbər verildiyi kimi, bir neçə gün əvvəl Böyük Britaniya “Storm Shadow” uzaqmənzilli qanadlı raketlərini Ukraynaya təhvil verib. Bu barədə ABŞ-nin “CNN” nəşri məlumat yayandan sonra Böyük Britaniyanın Müdafiə naziri Ben Uolles də raketlərin Ukraynaya təhvil verildiyini təsdiqləyib.

“AzPolitika.info” xəbər verir ki, Rusiyanın “TASS” agentliyi Ukrayna ordusunun işğal altındakı Luqansk şəhərində yerləşən obyektlərə Britaniyadan yenicə aldığı “Storm Shadow” raketi ilə zərbə vurduğu barədə məlumat yayıb. Bu barədə xəbər yayan agentlik qondarma “Luqansk xalq respublikası”nın nümayəndələrinə istinad edib.

Məlumatda bildirilir ki, Ukrayna Luqanska iki “Storm Shadow” raketi atıb və bunun nəticəsində guya mülki şəxslər yaralanıblar: “Dəqiqləşdirilmiş məlumata görə, 12 may 2023-cü il tarixində Ukrayna silahlı qruplaşmaları tərəfindən Luqanskın raket atəşinə tutulması zamanı İngiltərənin iki “Storm Shadow” və ABŞ istehsalı olan bir ədəd “ADM-160B MALD” raketlərindən istifadə edilib”. Ukrayna hərbi rəhbərliyi bu xəbərlərə hələ ki, şərh verməyib.

Xatırladaq ki, bu raket zərbələri nəticəsində Luqanskdakı keçmiş maşınqayırma zavodu məhv edilib. Orada Rusiya ordusuna aid silah-sursat olduğu güman edilir. Qeyd edək ki, cəbhədən kifayət qədər uzaq məsafədə yerləşən Luqanskdakı hərbi obyektlərə bu gün də raket zərbələri endirilib.

“AzPolitika.info”   

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol