Menu

Britaniyanın Ukraynaya verdiyi silahların sayı açıqlanıb

15.05.2023, 18:41
Britaniyanın Ukraynaya verdiyi silahların sayı açıqlanıb

Britaniya bu vaxtadək Ukraynaya 5,7 milyard ABŞ dolları dəyərində hərbi yardım edib.

APA xəbər verir ki, bu barədə BBC-nin məlumatında bildirilib.

Qeyd olunub ki, Birləşmiş Krallıq bu göstərici ilə ABŞ-dan sonra (37.6 milyard dollar) Ukraynaya ən çox silah tədarük edən ölkədir.

Məlumata görə, Britaniya müharibə başlayandan Ukraynaya aşağıdakı silahları tədarük edib:

  • 14 ədəd “Challenger 2” döyüş tankı
    • 250 km mənzilə malik “Storm Shadow” qanadlı raketləri
    • “Sea King: axtarış-xilasetmə helikopterləri – üç ədəd istifadədən çıxarılmış helikopter göndərilib və daha bir ədəd göndəriləcək.
    • “Mastff” patrul maşını da daxil olmaqla azı 120 ədəd zirehli texnika
    • Azı 6 ədəd hava hücumundan müdafiə sistemi (“Starstreak” daxil olmaqla)
    • Üç ədəd M270 uzunməsafəli reaktiv yaylım-atəş sistemi
    • 5000 ədəd yeni nəsil anti-tank silah (Javelin, NLAW, Brimstone 1,)
    • Zərbə dronları və hava hücumundan müdafiə raketləri – “Dauninq Strit” yüzlərlə əlavə vasitənin göndəriləcəyini açıqlayıb.
  • Məlumatda qeyd edilib ki, Britaniya Ukraynaya eyni zamanda zirehli geyimlər və tibbi vasitələr də daxil olmaqla azı 200 min qeyri-ölümcül vasitə göndərib.

    “Birləşmiş Krallıq 30 min ukraynalı əsgər və pilota təlim keçilməsini nəzərdə tutan proqrama da liderlik edir”, - məlumatda bildirilib.

    Şərhlər

    Telegram-da bizə qoşulun
    Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
    Abunə ol