Menu

“Rusiyadan qorxası heç nə qalmayıb...” - “Ukraynanın qələbəsi həll olunmuş məsələdir”

20.05.2023, 14:12
“Rusiyadan qorxası heç nə qalmayıb...” - “Ukraynanın qələbəsi həll olunmuş məsələdir”

“Yaxın müddətdə Belarus istiqamətindən hücum olacağından qorxmağa dəyməz, şərqdə isə daim hərbi əməliyyatlar gedir, onlar azalmır. Mənə elə gəlir, bizim əhali artıq buna az-çox öyrəşib...”

“AzPolitika.info” xəbər verir ki, bunu Ukryana hərbi kəşfiyyatının başçısı, general Kirill Budanov ukraynalı jurnalist Dmitri Komarova müsahibəsində deyib.

Budanov bildirib ki, Rusiya artıq əlində olan bütün vasitələrdən istifadə edib və ondan qorxası heç nə qalmayıb. 

Onun fikrincə, ukraynalılar hansısa ekspertlərin dediklərinə yox, özlərinə, öz dövlətinə və ordusuna inanmalıdır: “Yeni nədənsə qorxmaq olar, o isə sadəcə, mövcud deyil... Anlamaq lazımdır ki, biz bu müharibədə qalib gəlirik və bunu heç kim dəyişə bilməz. Kimin necə istəməsindən asılı olmayaraq, Ukrayna qələbə qazanacaq. Bu, tamamilə həll olunmuş məsələdir. Yeri gəlmişkən, son iki ay yarımda Rusiya KİV-lərinə baxsaq, onlar özləri açıq şəkildə deyirlər ki, Rusiya bu müharibəni uduzur”.

Budanov həmçinin deyib ki, Rusiya məğlub olandan sonra, onun quruluşu dəyişəcək və ərazisində yeni dövlətlər yaranacaq.

“AzPolitika.info”   

Şərhlər

Naxçvan 2023-05-20 16:45:46

haksızlıq qarşısında boyun əyməyiniz, cünki hakkınızla bərabər şərəfinizi də kayb edərsiniz--

Camal 2023-05-20 14:30:47

rusiya ərazisi çox böyüdür, ermənistanı ora köçürmək olar. Bizim torpaqlarımızda özlərini apara bilmirlər-qoy gedib oralarda ulaşsınlar-alternativ kimi fransa da var...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol