Menu

Türkiyədə 4,1 bal gücündə zəlzələ olub

21.05.2023, 09:13
Türkiyədə 4,1 bal gücündə zəlzələ olub

Türkiyədə daha bir zəlzələ olub.

APA xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, saat 07:36-da Egey dənizində 4,1 bal gücündə zəlzələ baş verib.

Dəniz səthindən 7,59 kilometr dərinlikdə olan zəlzələnin episentrinin Datça mahalından 293,13 kilometr uzaqlıqda olduğu müəyyən edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol