Menu

Maaşa əlavələri necə almaq olar? – İqtisadçı qaydaları açıqladı

22.05.2023, 13:44
Maaşa əlavələri necə almaq olar? – İqtisadçı qaydaları açıqladı

Konstitusiya Məhkəməsi fərdi əmək mübahisəsi zamanı işçiyə əməkhaqqının gecikməsinə görə ödəniş edilməsi halı ilə bağlı qərar qəbul edəndən sonra belə ödənişləri necə alınması ilə bağlı suallar yaraınıb. Beləliklə, maaşa əlavələri necə almaq olar sualı aktualdır.

İqtisadçı, deputat Vüqar Bayramov bildirirb ki, bu, fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Onun sözlərinə görə, qərara əsasən, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir:

“Bununla belə, reallıqa əksər işçilər bu imkandan istifadə etmirlər və ya edə bilmirlər. İşçilərin bu hüquqlarının qorunması üçün vahid əmək müqavilələrinin hazırlanması və tətbiq olunması vacibdir.

Həmin müqavilələrində işçinin öhdəliyi ilə yanaşı, işəgötürənin əmək haqqını yubatması ilə bağlı tələblərin müəyyənləşməsinə və gecikdirilmiş hər günə görə bir faizinin hesablanmasının əmək müqaviləsinə daxil edilməsinə ehtiyac var. Bu, bir tərəfədən işçinin öz hüquqlarını bilməsi baxımdan vacibdir, digər tərəfdən isə əmək mübahisəsi yaranan zaman ödənişin alınmasına imkan verə bilər”.

İqtisadçı əlavə edir ki, bu halda həm işəgötürənin öhdəliyi bu konteksdən rəsmiləşir və işəgötürən əmək müqaviləsində həmin öhdəliyi götürməklə belə hallar baş verdiyi təqdirdə işçiyə əlavə vəsaitin ödənilməsini təmin edir. “Nəticədə, belə müqavilələr ilə işçilərin konstitutsional hüquqlarını tam qorumaq mümkün olar. Bu əməkhaqqının gecikməsi zamanın işçilərin maaşlarına daha qısa müddətdə əlavlərin ödənilməsinə gətirib çıxara bilər”, - o qeyd edib.

“AzPolitika.info”

Şərhlər

Turan 2023-05-22 19:42:35

İşçi belə bir maddənin müqaviləyə salınmasını tələb edə bilərmi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol