10 aydan artıqdır şiddətli döyüşlərin getdiyi Baxmut şəhərinin yeni görüntüləri ortaya çıxıb.
“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-ın “The NewYork Times” nəşri paylaşım edib.
Paylaşımda rus qüvvələrinin ağır bombardımanları nəticəsində şəhərin tamamilə məhv edildiyi, bir dənə də olsun salamat tikilinin qalmadığı görünüb.
Məlumat üçün qeyd edək ki, Baxmut Donetsk vilayətinin inzibati mərkəzi hesab olunur. İşğaldan əvvəl burada təxminən 70 min əhali yaşayırdı. Şəhər duz, gips mədənləri və böyük şərab müəssisələri ilə məşhur idi.
https://t.me/The3rdForceUA/17103
“AzPolitika.info”


Şərhlər