Vaşinqtondan Moskva görüşünə reaksiya – “Məsələnin həlli bizim üçün prioritetdir”

ABŞ Dövlət Departamenti dünən Moskvada Rusiya, Azərbaycan və Ermənistan lierlərinin iştirakı ilə keçirilən üçtərəfli görüşü şərh edib.

“AzPolitika.info” xəbər verir ki, Dövlət Departamentinin sözçüsü Metyu Miller mayın əvvəlində Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenin, Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin içtirak etdiyi görüşləri xatırladıb.

“Bildiyiniz kimi, biz Moskvadakı görüşdə iştirak etməmişik, lakin bu məsələnin həllini prioritet hesab etməkdə davam edirik” – deyə, o, qeyd edib.

Millerin sözlərinə görə, ABŞ danışıqların davam etdirilməsinə şərait yaradır.

"Dediyimiz kimi, razılığın əldə oluna biləcəyinə inanırıq və həll olunmamış məsələlərdə razılığa gəlmək üçün hər iki tərəfə təzyiq etməyə davam edirik", - o, əlavə edib.

Xatırladaq ki, Moskva görüşündə regional nəqliyyat və iqtisadi infrastrukturun blokdan çıxarılması ilə bağlı məsələlər müzakirə edilib. Üç ölkənin baş nazir müavinlərinin görüşü çərçivəsində işin bir həftə ərzində davam etdirilməsi barədə razılıq əldə olunub.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar