Kosovoda 41 NATO hərbçisi yaralandı: Vuçiç xalqa müraciət edəcək - VİDEO

NATO-nun rəhbərlik etdiyi Beynəlxalq Təhlükəsizlik Qüvvələri (KFOR) bazar ertəsi Kosovo və Metoxiyadakı Zvecan bələdiyyəsinin inzibati binası qarşısında etiraz aksiyası keçirən serblərə hücum edib.

Bildirilir ki, NATO qüvvələri insanlardan binadan uzaqlaşmalarını istəyiblər. Etirazçılar isə silahlı olmadıqlarını və aksiyanın dinc keçdiyini göstərmək üçün əllərini yuxarı qaldıraraq yerdə oturmağa qərar veriblər.

Qeyd olunur ki, bundan sonra KFOR əməkdaşları səsli qumbara və gözyaşardıcı qazdan istifadə ediblər.

İtaliya XİN-dən verilən məlumata görə, toqquşma nəticəsində hərbi qulluqçular arasından 41 nəfər yaralanıb.

Bölgədə vəziyyətin kəskinləşməsi fonunda Serbiya Prezidenti Aleksandar Vuçiç xalqa müraciət edəcək.

635x100

Şərhlər

dadaşyev 2023-05-29 23:03:33

Aaaa!Bu həmin Qərbin “ağıllı”ları deyilmi,Qarabağdakı ermənilər “Miatsum” deyib mitinq keçirəndə bizə öyüd-nəsihət verirdilər ki,xalqların öz müqəddəratını təyinetmə hüququ var?Erməninin varsa Kosovadakı serblərin niyə yoxdu?Çünki serblər ruslarla qardaşdırlar,ona görə serblərin öz müqəddəratlarını təyinetmə hüquqları yoxdurmu?Biz isə türklərlə qardaşıq,ona görə ermənilərin öz müqəddəratlarını təyinetmə hüquqları varmı?Yau kardeşim,BMT nizamnaməsini nə dolaşıq yazmısınız.Ulan,bəşəriyyət üçün ömründə bir nizamnamə yazmısınız,onu da adam kimi yazammamısınız.

Son yazılar