Menu

“Baydenin ağılsız erməni siyasətinə qarşıyıq” - ABŞ-dakı erməni diasporundan növbəti həyasızlıq

31.05.2023, 20:33
“Baydenin ağılsız erməni siyasətinə qarşıyıq” - ABŞ-dakı erməni diasporundan  növbəti həyasızlıq

Amerika erməni milli komitəsi(ANCA) Prezident Co Baydenin Azərbaycan-Ermənistan münasibətlərinə və Qarabağa dair siyasətini kəskin tənqid edib.

“AzPolitika.info” erməni mətbuatına istinadla xəbər verir ki, ABŞ Prezidentindən ermənipərəst senator Robert Mendesə şikayət edən ANCA Ağ evi hazırda davam edən Azərbaycan-Ermənistan danışıqlarını dəstəkləməkdə günahlandırıb: “Co Bayden Administrasiyası “demokratik artsax”-ın Azərbaycana inteqrasiyasını nəzərdə tutan Ermənistan-Azərbaycan danışıqlarını təşviq edir... ANCA rəsmən bəyan edir ki, Bayden Administrasiyasının erməni məsələlərilə bağlı ağılsız xarici siyasətinin əleyhinədir”.

Beləliklə, ABŞ-dakı erməni diasporu Ermənistanın Qarabağı tam şəkildə Azərbaycanın tərkib hissəsi kimi tanımasını və bu prosesi Bayden Administrasiyasının dəstəkləməsini pisləyib. ANCA həmçinin, Ağ evi Ermənistana və Qarabağdakı separatçılara lazımi dəstək göstərmədiyinə, eləcə də Azərbaycana qarşı sanksiya tətbiq etmədiyinə görə qınayıb.

“AzPolitika.info”           

Şərhlər

Senan 2023-06-01 08:34:56

Cənab Bayden gözləyin bu haylar(ermənilər) rusiyanı немытая россия adlandırır uzaqda deyil o məqam ki, onlar amerikanı da nemıtaya amerika adlandırsınlar...

Eli 2023-05-31 23:28:44

Tarix boyu postsıvet mekanında okan Ermenistan dünya ermeni birliyinin “Dalı” ile nefes aldığından ermeniler SSRİ zamanında hemişe yüksek vezifelerde olmaqla öz milli meselelerinin böyük ekseriyyetinşn hel olunmasına nail ola bilbler.İndi zaman onların eleyhşne işleyir.

korrektor 2023-05-31 20:47:40

BÜTÜN ANKA QURBAN OLSUN JO BAYDENİN BİRCƏ AĞ TÜKÜNƏ!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol