"Dağlıq Qarabağ münaqişəsində "neytral ərazi" yoxdur".
SalamNews xəbər verir ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik dünən verdikləri bəyanatda qeyd olunmuş "neytral ərazi" məsələsinə münasibət bildirərkən belə deyib.
Özünün “Twitter” səhifəsində açıqlama verən həmsədr bunları yazıb: “Aydınlaşdırmaq üçün qeyd olunmalıdır ki, Dağlıq Qarabağ münaqişəsində "neytral ərazi" yoxdur. Lakin silahlı qüvvələri ayıran bufer zona var”.

Şərhlər