Menu

“Bu müharibə davam etdikcə Ukrayna NATO üzvü olmayacaq” - Zelenski

02.06.2023, 20:28
“Bu müharibə davam etdikcə Ukrayna NATO üzvü olmayacaq” - Zelenski

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Ukrayna heç bir NATO ölkəsini müharibəyə cəlb etməyi planlaşdırmır.

“AzPoltika.info” xəbər verir ki, Zelenski bu barədə Kiyevdə jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

“Ukrayna da başa düşür ki, müharibə bitənə qədər NATO üzvü ola bilməyəcək. Biz NATO-ya əvəz axtarmırıq... Mənə bir misal göstərin ki, bu gün hansı NATO ölkəsi Rusiyaya qarşı vuruşur və ya hansı ölkənin ərazisində rus qoşunları var”, - Prezident əlavə edib.

Zelenski onu da vurğulayıb ki, bu müharibə davam etdikcə Ukrayna NATO üzvü olmayacaq.

“İstəmədiyimizə görə yox, mümkün olmadığına görə... biz adekvat insanlarıq və başa düşürük ki, NATO ölkələrindən heç birini müharibəyə sürükləməyəcəyik” - deyə, Zelenski vurğulayıb.

Onun sözlərinə görə, hazırda Ukraynanın NATO ölkələrindən aldığı təhlükəsizlik zəmanətləri, xüsusən də sanksiyalar, maliyyə zəmanətləri və silahlar Ukrayna NATO-ya üzv olana qədər qüvvədə olmalıdır.

Xatırladaq ki, Ukrayna ötən ilin payızında NATO-ya üzvlük üçün müraciət edib. İttifaq üzvləri dəfələrlə bəyan ediblər ki, müharibə davam edərkən Ukraynanın Alyansa daxil olmasından söhbət gedə bilməz.

“AzPolitika.info”

Şərhlər

Hüseyn 2023-06-02 20:44:45

Zelenski hələ bilmir ki,NATO 2 aya dağilacaq!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol