Menu

Rusiya “Leopard” tanklarının əvəzinə traktorları vurubmuş - VİDEO

07.06.2023, 13:06
Rusiya “Leopard” tanklarının əvəzinə traktorları vurubmuş - VİDEO

Rusiya Müdafiə Nazirliyi ötən gün Almaniyanın “Leopard” tankları da daxil olmaqla, Ukrayna ordusunun bir neçə zirehli texnikasının məhv edildiyinə dair videogörüntülər paylaşıb.

“AzPolitika.info” xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi sözügedən videonu Ka-52 “Alligator” hücum helikopterinin “Leopard” tankını vurması kimi təqdim edib.

Həmin videoda helikopterin göyərtəsində olan rus ekipaj üzvünün “Bu nə maşındır?” sualı eşidilir.

Daha sonra əsgərlərdən biri “Gəlin onu vuraq” deyir, digəri isə “Vurmağa hazırıq” cavabını verir.

Lakin bu paylaşımdan sonra hətta rus hərbi analitikləri belə “Leopard” tankına aid olduğu deyilən görüntüləri mübahisələndiriblər.

“Hərbi xəbərçi” adlı rus “Telegram” kanalı istehzalı paylaşımında bunları yazıb: “Biz heç nə açıqlamaq istəmirik, lakin Rusiya Müdafiə Nazirliyinin yaydığı kadrlardakı maşınların heç bir tanka bənzəmir. Onlar daha çox traktora bənzəyirlər”.

Kanal iddia edir ki, şübhəli hədəflər “John Deere 9000” markalı taxılyığan kombayn və “John Deere 4830” tipli traktor olub.

“Biz bilmirik ki, kənd təsərrüfatı texnikasının səhvən vurulması ilə bağlı kadrları “Leopard”ın məğlubiyyətinin faktiki videosu kimi təqdim etmək nəyə lazım olub?”- deyə, kanal yazıb.

“Vaqner” muzdlu dəstəsinin rəhbəri Yevgeni Priqojin də Rusiya qüvvələrini kombaynları “Leopard” tankı ilə səhv salmaqda ittiham edib.

“Rusiya Müdafiə Nazirliyi bu gün cəbhədəki təsirli işlərin ilə bağlı video dərc edib. Kadrlarda “Leopard” tanklarının bir-birinə qarşı qəribə taktiki manevrlə hərəkət etdiyi aydın görünür. Onların ağızları aşağı əyilmiş formada idilər. Ukraynalılar öz tanklarını kombayn, ekipajını isə əkinçi kimi gizlətməyi öyrəniblər. Gözəl işinizə görə (Rusiya qoşunlarına-red.) təşəkkür edirəm. İndi biz ağızı əyilmiş hər şeyi məhv edəcəyik”- deyə, Prioqjin bildirib.

“AzPolitika.info”


Şərhlər

Eli 2023-06-07 13:32:50

Ruslar tatix boyu vuruşan olmayıblar,vurulsnlar hemişe qeyri ruslar kazaklar qıpçaq türkleri ve saire olub,ruslarin içərisində ancaq alkaşluq ve fahişelikle meşğul olan çoxdur , indi ise aylanda Rusiya artıq mövcud olmayacaq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol