Ukraynanın “Cənub” operativ komandanlığının məlumatına görə, gecə saatlarında Rusiya “Şahed” pilotsuz təyyarələri ilə Odessa vilayətinə hücum edib. Onların hamısı Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib. Pilotsuz təyyarələrdən birinin partlaması nəticəsində çoxmərtəbəli binanın yaxınlığında krater əmələ gəlib, bir neçə evdə pəncərələr sınıb, yanğın başlayıb.
Ukraynanın Cənub Müdafiə Qüvvələrinin məlumatına görə, Odessa vilayəti üzərində səkkiz “Şahed” vurulub. Hücum nəticəsində 3 nəfər ölüb, 26 nəfər yaralanıb. Yaralılar arasında üç uşaq və bir hamilə qadın var.
Ukrayna əməliyyat komandanlığı bildirib ki, pilotsuz təyyarələr Nikolayev vilayətinə də hücum edib. Ümumilikdə Ukraynanın ondan çox bölgəsində, eləcə də Kiyevdə gecə həyəcan siqnalı verilib.
Rusiya tərəfindən Xerson vilayətinin qubernatoru vəzifəsini icra edən Vladimir Saldo regionun su basmış ərazilərindən təxliyə edilənlərin yerləşdiyi binalara raket zərbələri endirdiyini bildirib. Onun sözlərinə görə, hücumlar nəticəsində bir qadın ölüb. O, zərbələrə görə “xaricdəki hərbi cinayətkarları” və “Kiyev rejimini” günahlandırıb.
Həmçinin, ilhaq edilmiş Krımın rəhbəri Sergey Aksyonov səhər saatlarında Ukrayna ordusu tərəfindən buraxılan ballistik raketlərin vurulduğunu bildirib. Onun sözlərinə görə, ölən və xəsarət alan yoxdur.
“AzPoltika.info”


Şərhlər