Ermənistan və İran sərhəddində yerləşən sərhəd-keçid məntəqəsinin tikintisi 2026-cı ilə qədər davam edəcək.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Ermənistanın Dövlət Gəlirləri Komitəsi məlumat yayıb.
Məlumata görə, artıq Mehridə gömrüyün yenidən qurulması və modernləşdirilməsi işlərinə başlanılıb. İranla sərhəddə beynəlxalq standartlara uyğun müasir nəzarət-buraxılış məntəqəsinin tikintisi üçün xüsusi tədbirlər görüləcəyi bildirilir.
“Mehri sərhəd-keçid məntəqəsinin işinə hərtərəfli dəstək olmaq üçün 4000 kvadratmetr hesab edilən torpaq sahəsində 2 mərtəbəli inzibati binanın tikintisinə başlanılıb”,- deyə məlumatda qeyd olunur.
“AzPolitika.info”


Şərhlər