Azərbaycanda məmurların aylıq gəlirləri baradə yeni məlumatlar ortaya çıxıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “BBC”-nin Azərbaycan xidmətinin ölkə əhalisinin real gəlirləri ilə bağlı apardığı araşdırmada bildirilir.

Yerli məmurların vergilər və digər tutulmalar olmadan 2022-ci il üzrə aylıq gəlirləri bu formada olub:

- Baş nazir Əli Əsədov – 11070 manat;

- Baş nazirin birinci müavini Yaqub Eyyubov – 9780 manat;

- Baş nazirin müavini Əli Əhmədov – 9450 manat;

- Xarici işlər naziri Ceyhun Bayramov – 7650 manat;

- Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova – 7650 manat;

- Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva – 2250 manat;

- Bakı şəhər İH-nin başçısı Eldar Əzizov – 7650 manat;

- Gəncə şəhər İH-nin başçısı Niyazi Bayramov – 5625 manat;

- Abşeron rayon İH-nin başçısı Abidin Fərzəliyev – 4587 manat;

- Samux rayon İH-nin başçısı Alı Qocayev – 4225 manat;

- Xızı rayon İH-nin başçısı Xəzər Aslanov – 3837 manat.

Qeyd edək ki, 2023-cü il artımları bu məbləğlərə əlavə edilməyib.

“AzPolitika.info”