Menu

DÜNYANIN İKİ NƏHƏNG ALİMİNİN ÜST-ÜSTƏ DÜŞƏN FİKİRLƏRİ - Millət vəkilinin yazısı

17.06.2023, 11:09
DÜNYANIN İKİ NƏHƏNG ALİMİNİN ÜST-ÜSTƏ DÜŞƏN FİKİRLƏRİ - Millət vəkilinin yazısı

Millət vəkili, təhsil eksperti Etibar Əliyev öz sosial şəbəkə hesabından Nobel mükafatı laureatları Əziz Sancar və Əbdüs Salamın üzt-üstə düşən fikirləri ilə bağlı maraqlı yazı paylaşıb. Həmin yazının təqdim edirik:

FİZİKA ÜZRƏ NOBEL MÜKAFATI LAUREATI ƏBDÜS SALAM


 “Dün­ya Ban­kı tə­rə­fin­dən nəşr olun­muş və təh­sil alan­la­rın əha­li­nin için­də fa­i­zi­ni gös­tə­rən sta­tis­tik gös­tə­ri­ci­lə­rə bax­saq gö­rə­rik ki, İslam öl­kə­lə­ri nə­in­ki in­ki­şaf et­miş, hət­ta in­ki­şaf et­mək­də olan öl­kə­lə­rin or­ta sə­viy­yə­si­nə çatmaq üçün xey­li yol qət et­mə­li­dir. İslam öl­kə­lə­rin­də tə­bi­ət el­mlə­ri və hu­ma­ni­tar elm­lər sa­hə­lə­rin­də təh­sil alan tə­lə­bə­lə­rin sa­yı haq­qın­da də­qiq və eti­bar­lı mən­bə­lər ol­ma­dan qə­ti qə­rar ver­mək çə­tin­dir. Tə­əs­süf ki, mənim mü­şa­hi­də­lə­ri­mə gö­rə, hu­ma­ni­tar el­mlə­rə nis­bə­tən tə­bi­ət el­mlə­rin­də və­ziy­yət da­ha acı­na­caq­lı­dır. İ

nki­şaf et­miş öl­kə­lə­rin nor­ma­la­rı­na əsa­sən, or­ta he­sab­la 1/4 və 1/3 ara­sın­da də­yi­şən say­da tə­bi­ət el­mlə­rin­də təh­sil alan- üs­tə­lik, çox aşa­ğı sə­viy­yə­də- tə­lə­bə­miz var.

Be­lə­cə, çox az say­da mü­səl­man də­qiq el­mlə­ri öy­rə­nir. Bi­zim işi­miz tə­lə­bə­lə­ri­mi­zi mək­təb­də da­ha çox də­qiq və tex­ni­ki el­mlə­ri öy­rən­mə­yə sövq və təş­viq et­mək­dən iba­rət ol­ma­lı­dır. Bu­na na­il ol­maq üçün mək­təb­lər­də də­qiq elmlə­rin təd­ri­si­nə da­ha çox üs­tün­lük ver­mə­li­yik. 

Yük­sək sə­viy­yə­li mü­əl­lim­lə­rə və key­fiy­yət­li təd­is ləvazi­mat­la­rı­na eh­ti­yac var. Və bəl­kə də, ən əsa­sı gənc tə­lə­bə­lər və şa­gir­dlər ara­sın­da qa­bi­liy­yət­li və is­te­dad­lı olan­la­rın itib-bat­ma­ma­sı üçün on­la­rın təş­viq edil­mə­si va­cib­dir. Sırf mad­di çə­tin­lik­lər üzün­dən be­lə it­ki­lər çox tez-tez baş ve­rir. Ai­lə­lər elmdə kar­ye­ra sa­hi­bi ol­maq üçün uzun il­lə­rin la­zı­mi xər­clə­ri­ni ödə­yə bil­mir­lər.”

Pakistanlı fizik Əbdüs Salam bütün vəsaitini ölkəsindən olan gənclərin təhsil almalarına və tədqiqatlarla məşğul olmalarına xərclədi.

Allah böyük alimə Rəhmət eləsin.

KİMYA ÜZRƏ NOBEL MÜKAFATI LAUREATI ƏZİZ SANCAR


"Həqiqətən də göz qabağındadır ki, biz türklər son 500 ildə elmə layiqincə töhfə verə bilməmişik. Bəs niyə etmədik? Bəzi insanlar ağıllı olmadığınıza görə cavabını verirlər. Amma elmlə məşğul olmaq genetika və ya zəkaya aid deyil, ənənə məsələsidir. Yəhudi qardaşlarımız dünya əhalisinin 0,2 % təşkil edir və elm üzrə yüzdə 20% Nobel mükafatını alıblar. Onlar digər insanlardan daha

ağıllıdırlar? Əsla deyil. Sadəcə onların mədəniyyətində elmə, təhsilə önəm verilir. Ona görə də biz bunu ənənəyə çevirməli və uşaqlarımıza erkən yaşda aşılamalıyıq. Getdiyim türk ölkələrində texnologiyaya əhəmiyyət verməyə başlanıldığını gördüm. 

Texnologiya vacibdir, lakin fundamental elm olmadan texnologiya yoxdur. Avropadan, Amerikadan avadanlıq alıram, texnologiya düzəldirəm, patentim var kimi təşəbbüslərlə nə Türkiyə, nə də Türk Dünyası yüksələ bilər. Bu mənim düşüncəmdır. Dünyada ad çıxarmaq istəyiriksə, bir güc kimi tanınmaq istəyiriksə, başqaları tərəfindən idarə olunmaq istəmiriksə, elmlə məşğul olmalıyıq, elmdə güclü olmalıyıq ki, dünya bizi ortaya qoyduğumuz elmlə tanısın. Unutmaq lazım deyil ki, biz çalışdıqca, istehsal etdikcə üstün olacağıq. Əks halda, üstünlük genetik deyil. Bütün insanlar bərabərdir. 

Şübhəsiz ki, Türk Dünyasında elmi geriliyin çoxlu institusional və sosial səbəbləri var. Təəssüf ki, onları necə həll olunacağını yaxşı bilmirəm. Amma mənim başa düşdüyüm odur ki, maliyyə sərmayələri qoymaqdan daha çox elmi mühiti inkişaf etdirmək lazımdır. Humanitar elm adamlarımız məndən inciməsin onlara böyük hörmətim var, amma sizə deyim ki, biz fundamental elmlərə sərmayə qoymalıyıq, uşaqlarımızın fundamental elmlərlə məşğul olmasına dəstək olmalıyıq, onlara özlərinə inam yaratmalıyıq."

Əziz Sancar “Karolina Türk Evi”ni yaradaraq ABŞ-da təhsil alan türk tələbələrə dəstək olmağa başlayıb.

Şərhlər

N.Seyfeli. 2023-06-24 15:54:38

Tutuqushu kimi ezbercilere yox, istedad soragina cixmaliyid, onlari her yerde uze cixarmaliyiq, tehsili puldan asili veziyyete salmamaliyiq; bunun ucun xususi dovlet proqrami olmalidir.

Ağababa 2023-06-19 08:09:13

Elmlə məşğul olmaq üçün hansı dinə mənsub olmanın nə əhəmiyyəti var. Sadəcə etiraf etmək lazımdır ki, İslam ölkələri adlandırılan ərazilərdə hələ də normal cəmiyyət və dövlətlərin formalaşması üçün illər lazım olacaq.

X 2023-06-17 15:36:29

Elimde geri qala bilərik. Amma xalqın sərvətini talamaqda oğurluqda rüşvətxorluqda xalqa yuxarıdan aşağı baxmaqda millət sefil gününə salmaqda işıq gələn yeri baglamaqda heç kimsə bizim məmurlara yaxın gələ bilməz

Molla Cumalı Fikret 2023-06-17 15:11:10

Elmə, təhsil ALİM dəstəyi daha səmərəli olmasına hər adam əmindir. Sağ olsunlar. Müqayisəyə ehtiyac duyulmur. 7-10 min il öncə türklər cəmiyyət qurumuna bənzər Şahmatı oynayandan min illər sonralar onları təhdid edən insan dəstələri sonradan həmin oyundan xəbər tutublar. N.Tusinin 12ci əsrdə həll etdiyi düsturları Eyler 18 əsrdə yenidən kəşf edib.

Eli 2023-06-17 14:55:52

Her bir millet ancaq tehsilin seviyyesinin yükeldilmesi, elmin inkişafının hesabına dünya arenasına çıxa biler

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol