Ukraynanın Rusiya işğalına qarşı göstərdiyi tarixi dirənişdə Prezident Volodimir Zelenskinin xüsusi rol oynadığı şübhəsizdir. Bəs ukraynalılar müharibədən sonra da onu Prezident kürsüsündə görmək istəyirlərmi?
“AzPolitika.info” xəbər verir ki, Ukrayna mətbuatında Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun ölkə əhalisi arasında keçirirdiyi sorğunun nəticələri dərc edilib.
Məlum olub ki, ukraynalıların böyük əksəriyyəti ümumilikdə hakimiyyətdə dəyişikliklər edilməsinin tərəfdarı olsalar da, şəxsən Zelenskinin Prezident olaraq vəzifəsində qalmasını istəyirlər. Belə ki, rəyi soruşulanların cəmi 23 faizi müharibədən sonra Zelenskinin vəzifəsindən getməsinin tərəfdarıdır. Yerdə qalan hissə onu Prezident kimi görmək istəyir.
Sorğunun nəticələrindən belə görünür ki, ukraynalıların böyük əksəriyyəti Zelenskidən razı olsa da, hökumətin və xüsusilə də parlamentin fəaliyyətindən narazıdır. Belə ki, rəyi soruşulanların 69 faizi müharibədən sonra parlamentin, 47 faizi isə hökumətin tərkibinin dəyişdirilməsini istəyir.
“AzPolitika.info”


Şərhlər