Menu

İranda enerji boru kəmərləri silahlı “Bəsic” üzvlərinin ixtiyarına verildi

19.06.2023, 20:36
İranda enerji boru kəmərləri silahlı “Bəsic” üzvlərinin ixtiyarına verildi

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Xuzistan əyalətinin enerji boru kəmərlərində çalışan 100 işçini işdən çıxarıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Məlumata görə, Xuzistanın Şavə Beyt Bavi və Şavə Hacı Fələk kəndlərində neft və qaz kəmərlərinin mühafizəsini həyata keçirən yüzə yaxın gənc SEPAH rəsmilərinin əmri ilə işdən qovulub. Onların yerinə isə odlu silahla təmin edilmiş “Bəsic” qüvvələrinin üzvləri gətiriliblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol