Menu

“Paşinyan 2 min PUA və HHM sistemləri almaqdan imtina edib” – Erməni deputatdan Baş nazirə ittihamlar

21.06.2023, 16:32
“Paşinyan 2 min PUA və HHM sistemləri almaqdan imtina edib” – Erməni deputatdan Baş nazirə ittihamlar

2018-ci ildən sonra Ermənistanda iqtidara gələn Paşinyan hakimiyyəti 2000-ə yaxın pilotsuz uçuş aparatının, hava hücumundan müdafiə sistemlərinin alınmasını və s. nəzərdə tutan silah alışı planını dəyişib.

“AzPolitika.info” xəbər verir ki, bunu iyunun 21-də jurnalistlərlə görüşündə Ermənistan Respublikaçılar Partiyasının üzvü, müxalifətçi deputat Hayk Mamicanyan deyib.

O, əmin edib ki, Ermənistanın üçüncü Prezidenti Serj Sarkisyanın dövründə erməni tərəfi müttəfiqindən pulsuz olaraq 50 min tona yaxın silah alıb. “Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibənin şəraitinin öyrənilməsi üzrə komissiyada açıq-aşkar yalan danışır. Niyə mən orada suallar verib, ona yalan danışmağa başqa səbəb verim? Eyni zamanda bu yalana formatdan çıxış edərək cavab vermək imkanım olmayacaq. Mən şouda iştirak etmirəm”, - deyə deputat əlavə edib.

Mamicanyan deyib ki, Paşinyan elan etdiyi silahların alınması üçün ayrılan məbləğ barədə yalan danışıb.

Qeyd edək ki, iyunun 20-də Paşinyan 2018-ci ildən 44 günlük müharibəyə qədər silahların alınmasına 600 milyard dramdan çox vəsaitin xərcləndiyini bildirmişdi.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol