Menu

Ceyhun Bayramov ATƏT Baş katibi ilə görüşüb

21.06.2023, 19:32
Ceyhun Bayramov ATƏT Baş katibi ilə görüşüb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Londonda keçirilən Ukrayna Bərpa Konfransı çərçivəsində ATƏT-in Baş katibi Helqa Şmitlə görüşüb.

APA xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "Twitter" hesabında məlumat verilib.

Görüş zamanı Azərbaycan və ATƏT arasında əməkdaşlıq gündəliyi, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.

Azərbaycan XİN rəhbəri regionda münaqişədən sonrakı vəziyyət və reallıqlar barədə ATƏT Baş katibinə məlumat verib:

"Azərbaycanın Ermənistanla sülh prosesinə sadiqliyi bir daha vurğulanıb".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol