Menu

Rusiyada oynayan legionerlər ölkəni tərk etməyə hazırlaşırlar

24.06.2023, 15:47
Rusiyada oynayan legionerlər ölkəni tərk etməyə hazırlaşırlar

Rusiyada çıxış edən əcnəbi futbolçular ölkəni tərk etməyə hazırlaşırlar.

“Report” yerli mətbuata istinadən xəbər verir ki, onları bu fikrə baş verən iğtişaşlar vadar edir.

Bildirilib ki, vəziyyət düzəlməyəcəyi təqdirdə, Premyer Liqa klublarının legionerləri yaxın günlərdə Rusiyadan ayrılacaqlar. Hazırda istirahətdə olan oyunçular isə qayıtmaq barədə düşünmürlər.

Qeyd edək ki, Rusiyada yerli ordu ilə “Vaqner” silahlıları arasında baş verən döyüşlər bir çox tədbirlərin ləğvinə səbəb olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol