Menu

"Bu, Rusiya xüsusi xidmət orqanları tərəfindən planlaşdırılmış üsyan idi" - Sneqirov

25.06.2023, 15:36
"Bu, Rusiya xüsusi xidmət orqanları tərəfindən planlaşdırılmış üsyan idi" - Sneqirov

Rusiyada baş verən son hadisələr Rusiya xüsusi xidmət orqanları tərəfindən yaxşı planlaşdırılmış bir üsyan idi.

"AzPolitika.info" xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Dmitri Sneqirov deyib.

O, bildirib ki, Priqojin heç vaxt Rusiya siyasətində müstəqil oyunçu olmayıb.

"Təəssüf ki, Rusiyada heç bir təxribat baş vermədi. Son günlər Rusiyada baş verənlərin hamısı Rusiya xüsusi xidmət orqanlarının nəzarətində olan hadisələrdir. Priqojin ona tapşırılan bir neçə missiyanı yerinə yetirib. Ən əsası o, "Vaqner PMC"-ni Rusiya Müdafiə Nazirliyinin tam nəzarətinə keçirərək, işğalçı qüvvələrin nizami ordusunun tərkibinə daxil etdi. Yəni, "Vaqner" əməliyyatların planlaşdırılması zamanı qərarların qəbul edilməsində müstəqilliyini itirdi”, - deyə Sneqirev bildirib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol