Menu

“SON VAXTLAR GEC YATIRAM...” - “Mənim prioritetim Ukraynadakı vəziyyətdir"

25.06.2023, 16:18
“SON VAXTLAR GEC YATIRAM...” - “Mənim prioritetim Ukraynadakı vəziyyətdir"

Rusiya Prezidenti Vladimir Putin Ukraynada xüsusi əməliyyat zamanı vəziyyətə gecə-gündüz şəxsən nəzarət etdiyini bildirib.

“Report” TASS-a istinadən xəbər verir ki, o, bunu “Rossiya-1” telekanalına müsahibəsində deyib.

V.Putin söyləyib ki, günü xüsusi əməliyyata nəzarət etməklə başlayır və belə bitir.

“Mənim prioritetim Ukraynadakı vəziyyətdir”, - Rusiya lideri vurğulayıb.

“Xüsusilə son vaxtlar gec yatıram” - deyə,  Putin “Rossiya-1” telekanalına müsahibəsində bildirib.

O bildirib ki, bu, Ukraynadakı əməliyyatlarla bağlıdır: “Tez-tez əlaqə yaratmalı, vəziyyətlə tanış olmalı oluram”.

“Müdafiə Nazirliyinin rəhbərliyi ilə daim təmasdayam” - deyə,  Putin qeyd edib.

O bildirib ki, Moskva Ukrayna ilə bağlı bütün planlarını reallaşdıracaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol