Hələ iyunun 21-də ABŞ kəşfiyyatı rəsmiləri "Vaqner PMC"-nin rəhbəri Yevgeni Priqojinin Rusiya Federasiyasının ali hərbi rəhbərliyinə qarşı hərbi qiyam keçirmək planları barədə ölkə rəsmilərini məlumatlandırıb.
"AzPolitika.info" xəbər verir ki, bu barədə ABŞ-ın “The New York Times”ın (NYT) nəşri öz mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, iyunun 22-də Konqresin yüksək rütbəli üzvləri üçün Rusiya Federasiyasındakı vəziyyətlə bağlı əlavə məlumatların yer aldığı bir sıra brifinqlər keçirilib.
Xəbərdə qeyd olunur ki, kəşfiyyatın Priqojinin planlarından nə vaxt xəbər tutması qeyri-müəyyən olaraq qalır.
Nəşr həmçinin qeyd edib ki, ABŞ xüsusi xidmət orqanları Priqojinin planlarını barədə açıqlama yaymayıblar.
"AzPolitika.info"


Şərhlər