Menu

“NATO təyyarələri Baltikyanı hava məkanında döyüş rejiminə keçəcək” - Stoltenberq

26.06.2023, 17:10
“NATO təyyarələri Baltikyanı hava məkanında döyüş rejiminə keçəcək” - Stoltenberq

Şimali Atlantika Alyansının rəhbərliyi (NATO) Baltikyanı ölkələrin hava məkanını qorumaq üçün bu regiondakı missiyasının mandatına yenidən baxmağı planlaşdırır.

“Azpolitika.info” Qərb mətbuatına istinadla bildirir ki, bu barədə NATO baş katibi Stoltenberq Vilnüsdə məlumat verib.

Onun sözlərininə görə, NATO-nun Baltikyanı bölgədəki missiyası döyüş rejiminə keçəcək.

“Biz quru, dəniz və hava qüvvələrini gücləndirəcəyik. Hərbi Hava Qüvvələri tərəfindən verilən mandata yenidən baxılacaq və hava polisinin statusuna düzəlişlər ediləcək”, - NATO baş katibi bildirib

Hava polisi Baltikyanı ölkələr üzərində hava məkanına nəzarət edir. Bu, hərbi missiya hesab olunur. Döyüş mandatı ilə alyansın qırıcıları yeni səlahiyyətlər alacaqlar. Onlar böhran zamanı döyüş əməliyyatlarında iştirak edə biləcək və onlar Litvanın müdafiə planlarına inteqrasiya olunacaqlar.

Rüfət

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol