Qüdrət Həsənquliyev: “Tarixi həqiqət budur ki, Qarabağda erməni separatizmi Ermənistan və erməni diasporu tərəfindən alovlandırılıb, bundan sonra Ermənistan hərbi birləşmələri Qarabağətrafı 7 rayon da daxil olmaqla Azərbaycanın 20% torpaqlarını işğal edib, onların Qarabağda formalaşdırdığı rejim - işğalçı rejim adlandırılmalıdır”
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsini oxuculara təqdim edirik:
- Qüdrət bəy, bu dəfə xarici işlər nazirlərinin Vaşinqton görüşündə hər hansı müsbət nəticə əldə oluna bilərmi?
- Yox, bu mümkün deyil. Azərbaycan erməni işğalçıları Azərbaycandan qovmayana qədər Paşinyan da daxil olmaqla heç bir Ermənistan lideri Qarabağı Azərbaycanın tərkibində tanıyan sülh sazişinə imza atıb Ermənistanın tarixində "Qarabağı Azərbaycana verən" hökumət başçısı kimi qalmaq istəməyəcək. Biz sülh istəyiriksə, işğalçıları Azərbaycandan çıxarmalıyıq. Onlar öz xoşları ilə bunu etməyəcək. Bunun üçün isə ilk növbədə Türkiyə ilə birlikdə Rusiyanı sülhə - Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə razı salmalıyıq.
- Rusiyanın başı daxili problemlərinə qarışıb. Sizə elə gəlmirmi ki, Azərbaycan heç kimlə məsləhətləşmədən öz problemini özü həll etməlidir?
- Əgər ərazi bütövlüyümüzü bu gün, az qan tökülməsi ilə həll etmək istəyiriksə, Rusiya ilə anlaşsaq bu, möhtəşəm olar. Çörçil deyirdi ki, siyasətdə çox uzağa baxmaq müdrik davranış deyil. Bu günün reallığı bunu tələb edir. Amma anlaşa bilməsək, ən geci 2025-ci ildə, rus sülhməramlılarının vaxtı bitəndən sonra ətrafa boylanmadan torpaqlarımızı işğaldan azad etməliyik.
- Qüdrət bəy, rəsmi və hamılıqla qəbul olunmuş mövqedən fərqli olaraq, siz hər zaman işğala son qoyulmadığını deyirsiniz və Qarabağdakı işğalçı rejimdən danışırsınız. Bunun səbəbi nədir?
- Çox təəssüf ki, mətbuat, siyasi ekspertlər Qarabağdakı işğalçı rejimə - separatçı rejim deyir. Bu uğurlu ifadə deyil və bizim əleyhimizə işləyir. Tarixi həqiqət budur ki, Qarabağda erməni separatizmi Ermənistan və erməni diasporu tərəfindən alovlandırılıb, bundan sonra Ermənistan hərbi birləşmələri Qarabağətrafı 7 rayon da daxil olmaqla Azərbaycanın 20% torpaqlarını işğal edib. Onların Qarabağda formalaşdırdığı rejim - işğalçı rejim adlandırılmalıdır. Bu, beynəlxalq hüququn və beynəlxalq təcrübənin tələbidir. Biz bu anlayışı beynəlxalq birliyə qəbul etdirməliyik. Dünya ictimaiyyəti bilməlidir ki, biz separatizmlə yox, işğalla üz-üzəyik və torpaqlarımızın bir hissəsi hələ də işğal altındadır. O halda işğalçı rejimə güc tətbiq etməyimiz mənəvi və hüquqi baxımdan daha başa düşülən olar. Ona görə rəsmilərə, sizə, həmkarlarınıza, ictimaiyyət nümayəndələrinə müraciət edirəm ki, “separatçı rejim” əvəzinə, “işğalçı rejim” terminindən istifadə etsinlər.

Şərhlər
Demiri isti isti dôymek lazim idi )
Biz Qarabağda separatizmle nakişilik şerefsizlik,düşmenlerle-rus ermenikerle üz üzeyik ve bunu hell etmek iqtidarındayıq ve edeceyik ,bu tarixi fürseti heç vaxt elden vermek olmaz .Bu gün 200 illik bir problemin helli erefesindehik .Sebrli temkinli ağıllı olaq.
USUBOVUN DAŞ ÜZÜ: Başçı daşa döndü... səs çıxmadı...
Şəkinin Daşüz kəndinin sakinləri iyunun 23-də Şəki-Zaqatala magistral yolunu bağlayıb. Kəndlilər rəsmilərin biganəliyindən gileyləniblər. Deyirlər, iyunun 17-də kəndə yağan dolu nəticəsində evlərinə, avtomobillərə və təsərrüfatlarına ziyan dəyib, amma onlara kömək edən olmayıb.
Nəticədə rayon icra hakimiyyətinin rəsmiləri sakinlərlə görüş keçirib. Problemin aradan qaldırılması istiqamətində işlər aparıldığı deyilib.
Şəki Rayon İcra Hakimiyyətinin mətbuata açıqlamasında bildirilir ki, müvafiq sənədləşmə işləri aparılıb və aidiyyəti üzrə məlumatlar verilib. Amma problem həllini nə vaxt tapacaq? Bilinmir.
Toplum TV
Necə yəni rus qoşunu 2025-də Qarabağdan çıxmayacaq? Çıxacaq, lap quzu kimi çıxacaq. Hadisələr bu axınla gedərsə hələ bir qədər də tez rədd olub getməyə məcbur olacaqlar. Hamı 2 il əvvəl deyirdi Qarabağı qaytarmaq olmayacaq. Bəs necə oldu..?! Odur ki, gedəcəklər
Bəli de fakto 1987ci idən, rəsmən 14.06.1988ci il fərmanı ilə Ermənistan və erməni millətçiləri Kreml dəə daxil xarici mafiozların dəstəyi ilə üç dövlətin (SSRİ, Azərbaycan, Ermənistan) konstitusiyasına zidd azzərbaycanlı vətəndaşlara və dövlətə qarşı aşkar etnik terror və vəhşi hərbi işğal cinayətlərindən əl çəkmirlər? Super Güc qorxusundan bu münasibəti separatizm adlandırmaq ən azı saxtakarlıqdır.
Mən tanıdığım rus nəinki 2025 ci ildə,heç 2055 ci ildə də Qarabağdan çıxmayacaq.Fikir verin,Prezidentimiz bütün beynəlxalq kürsülərdən bəyan edir ki,Azərbaycanda "dağlıq qarabağ"adında ərazi vahidi yoxdur,amma putler və ətrafı hər çıxışında bu termindən dəfələrlə istifadə edirlər.Rus ermənini qızışdırır,"narahat olma arxandayam" deyir,biz isə sadəlövhcəsinə rusun Qarabağdan çıxacağına ümüd edirik.
Isgalci kime deyirsen, olmaya dost dediyin putine? Ermeni ordan muharibe zamani cixmisdi, dostun putin getirdi yeniden o itleri Qarabaga.... Elqerez
Qüdret bey haqludır ve bunun başqa adı yoxdur.
44 günlük müharibənin nəticəsi nə oldu? Gecə saat ikidə Rus ordusu girdi QArabağa. İndi vəziyyət 44 günlük müharibədən əvvəlki vəziyyətdən də pisdir. Əvvəl erməni di,indi Rusla vuruşmalı olacağıq ya daki Rusiya parçalanmasa həmişə belə olacaq müharibə davam edəcək kasıb uşaqları şəhid olacaq, talançılar da ölkəni söküb dağıtmaqda davam edəcəklər. Əhali də dilənçi gününə düşəcək.