Menu

Ukrayna İranı Beynəlxalq Məhkəməyə verəcək - 2020-ci ildə vurulmuş təyyarəsi ilə bağlı

30.06.2023, 00:33
Ukrayna İranı Beynəlxalq Məhkəməyə verəcək - 2020-ci ildə vurulmuş təyyarəsi ilə bağlı

Ukrayna və beynəlxalq koordinasiya qrupunun digər üzvləri İrana qarşı Beynəlxalq Ədalət Məhkəməsində iddia qaldıracaq.

İddia Ukrayna Beynəlxalq Hava Yollarının 2020-ci ildə vurulmuş təyyarəsi ilə bağlı olacaq.

Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin spikeri Oleq Nikolenko “Facebook”da məlumat verib.

O, bildirib ki, koordinasiya qrupuna Kanada, İsveç, Böyük Britaniya kimi ölkələr də daxildir.

Xatırladaq ki, 2020-ci il yanvarın 8-də Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarə Tehran səmasında İran hərbçiləri tərəfindən vurulub. Qəzanın qurbanları, Ukrayna vətəndaşları da daxil olmaqla 167 sərnişin və 9 ekipaj üzvü olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol