Menu

QANUNSUZ ERMƏNİ SİLAHLILARI QARABAĞA GİZLİ YOLLARLA SİLAH DAŞIYIR - Yeni görüntülər

01.07.2023, 17:42
QANUNSUZ ERMƏNİ SİLAHLILARI QARABAĞA GİZLİ YOLLARLA SİLAH DAŞIYIR - Yeni görüntülər

Qeyri-qanuni erməni silahlı dəstələri gizli yollarla Qarabağda silah daşımağa davam edir.

Trend xəbər verir ki, təqdim edilən videogörüntüdə Rusiya sülhməramlılarının müşayiəti ilə qanunsuz erməni silahlı birləşmələri üzvləri Xankəndi – Kərkicahan yolu ilə silah daşıdıqları aydın görünür.

Hərbi kolonla ermənilərin döyüş mövqelərinə təminat daşınması icra edilir.

Həmin kadrları təqdim edirik:

Şərhlər

Roma 2023-07-03 13:16:14

Azad adı ilə yazana: Saytların, mətbuatın və digər informasiya agentliklərinin işi xəbər verməkdir, siz buna görə onları niyə qınayırsınız???

t.ədalət 2023-07-02 21:12:52

Təcili rus ordusunu çıxarmnaq lazımdır.

Yamən Qaracallı Azada 2023-07-02 08:44:37

Bu videonu rəsmi NOTla Kremlə, BMT və TŞna, BB və Ermənistan Baş nazirlərinə, Aş evə, Aİna, Fransa və İran liderlərinə təqdim etmək və Sülhməramlılarla birgə əski DQMVindəki erməni qalıqlarının Ermənistanın deportuna adekvat təcili-40 günə çıxarılmasını tələb etmək gərək? Bunsuz sülh YOXdur!!!

Azad 2023-07-01 21:35:27

O qədər "fərəh" verici xəbər yayımlayırsınız ki, adamın "sevıncdən" tullanıb düşüb oynamağı gəlir. Utanıb ölmək lazımdır. Ermənılər gör Azərbaycan torpaqların necə yiyəsiz görürlərki. istədikləri vaxt sərhəddə oyan buyan hərəkət edərək təminat daşıyırlar. Bizım xəbərçilərdə sevincək bunu xalqa çatdırırlar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol