Menu

“Bu, Putinin müharibə qərarının Rusiyaya vurduğu dağıdıcı zərbənin əyani sübutudur” – MKİ direktoru

01.07.2023, 23:41
“Bu, Putinin müharibə qərarının Rusiyaya vurduğu dağıdıcı zərbənin əyani sübutudur” – MKİ direktoru

“İyunun 23-24-də PMC “Vaqner”in üsyanı Rusiya Prezidenti Vladimir Putinin Ukraynanı tam miqyasda işğal etmək qərarı ilə ölkəyə zərər verdiyinin sübutu idi”.

“AzPolitika.info” “Röyter” agentliyinə istinadla xəbər verir ki, bu fikirləri Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns Böyük Britaniyanın Ditchley Fondunda mühazirədə deyib.

Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri “Vaqner”in yaradıcısı Yevgeni Priqojinin üsyana başlamazdan əvvəl Rusiya hakimiyyətinin Ukraynaya müdaxilənin səbəbləri və Rusiya hərbi rəhbərliyinin müharibə aparması ilə bağlı rəsmi bəyanatlarını kəskin tənqid etməsini təəccüblü adlandırıb.

“Bu sözlərin və hərəkətlərin nəticələri hələ bir müddət hiss olunacaq, çünki Putinin apardığı müharibə Rusiya cəmiyyətinə vurduğu dağıdıcı təsirin əyani sübutudur”, - MKİ direktoru bildirib. O, Priqojinin çıxışını ciddi qəbul edib və bunu Rusiya dövlətinə qarşı silahlı çağırış adlandırıb. O vurğulayıb ki, üsyanın bütün hekayəsi Rusiyanın daxili işidir və ABŞ-ın bununla heç bir əlaqəsi yoxdur.

“AzPolitika.info”

Şərhlər

B.Qarabağlı 2023-07-02 17:43:36

Mənim kimi milyardlarla sıravi-vətəndaş-seçicilər lider xarakterini bilmirlər? MKİ nəinki, Putin, Lavrov və d. hakimiyyətə gələmdə BMT, Avropa İttifaq, AŞPA və həmin ölkələri, dünya canlıı aləmini və ətraf mühiti faciə-fəlakətlərdən mühafizə üçün birgə ciddi tədbirlərə çalışmalıydı?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol