Ankara Kiyev qarşısında heç bir şərt irəli sürməyib, əksinə, 6 aydan çoxdur Türkiyədə olan “Azov” komandirlərinin Ukraynaya təhvil verilmsində maraqlı olub.
“AzPolitika.info” xəbər verir ki, bunu Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnariyulun 8-də Ukraynaya təhvil verilən “Azov” komandirləri ilə bağlı danışarkən deyib.
“Türkiyə tərəfinin vasitəçi kimi mövqeyinin özəlliyi də məhz budur. Bu olduqca vacib roldur. Buna görə, Türkiyənin qlobal oyunçu kimi mövqeyi yüksəlir” - deyə, o, qeyd edib.
Bodnar vurğulayıb ki, “Azov” komandirlərinin Ukraynaya təhvil verilməsi Ankaranın Moskva ilə ünsiyyətdə mövqelərinin möhkəmlənməsi anlamına gəlir.
O, həmçinin qeyd edib ki, bu məsələ ilə bağlı bir neçə aydır iki ölkə arasında danışıqlar aparılırdı.
“AzPolitika.info”


Şərhlər