Menu

Rusiyanın hipotetik hücumu halında NATO hansı addımları atacaq? – Yeni planlar açıqlanıb

11.07.2023, 13:30
Rusiyanın hipotetik hücumu halında NATO hansı addımları atacaq? – Yeni planlar açıqlanıb

Bazar ertəsi, Vilnüs sammitinin rəsmi başlamasından bir gün əvvəl NATO ölkələri Rusiyanın hipotetik hücumu halında regional müdafiə planları barədə razılığa gəliblər.

“AzPolitika.info” “Röyter” agentliyinə istinadla xəbər verir ki, hələ təsdiq edilməmiş müdafiə planında böhran situasiyalarında və fövqəladə hallarda hansı addımların atıalacağından bəhs olunur. Planda bu zaman hansı hərbi imkanların lazım olduğunu da müəyyənləşdirilib. Bura quru, hava və dəniz qüvvələri ilə yanaşı, kiber və kosmik qüvvələr də daxildir.

NATO ölkələrinin planlarına hərbi büdcələrin, silahlanmanın artırılması və zəif ölkələrin alyansının daha güclü üzvlərinin dəstəyi də daxildir.

NATO rəhbərliyinin fikrincə, hər bir üzv ölkə öz hərbi büdcəsini ÜDM-in ən azı 2%-i qədər artırmalıdır. Təşkilatın fikrincə, bu planın həyata keçirilməsi bir neçə il çəkə bilər. Eyni zamanda, onlar vurğulayırlar ki, bütün Alyans mümkün təcavüzə dərhal cavab verməyə hazır olmalıdır.

Rusiyanın Ukraynaya təcavüzündən sonra NATO öz Strateji Konsepsiyasında Rusiyanı “əsas təhlükəsizlik təhdidi” kimi göstərib.

Bununla bağlı ötən il Madriddə keçirilən NATO sammitində Mərkəzi Avropa ölkələrində kontingentin artırılması yolu ilə NATO-nun şərq cinahının gücləndirilməsi qərara alınıb. Orada yerləşən batalyon döyüş qruplarının daha iri hərbi birləşmələrlə - briqadalarla əvəz edilməsi təklif edildi. Paralel olaraq NATO-nun Çevik Reaksiya Qüvvələrinin sayının 40 mindən 300 minə çatdırılması planlaşdırılırdı. Onlar quru, hava və dəniz bölmələrindən ibarətdir və bir neçə gün ərzində daimi dislokasiya yerindən münaqişə bölgəsinə göndərilmək üçün nəzərdə tutulub.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol