Ermənistanın sabiq Xarici İşlər naziri Vardan Oskanyan bir neçə gün əvvəl xüsusi təkliflə çıxış edib. O, təklif edib ki, özü başda olmaqla, bir qrup erməni diplomatından ibarət qrup yaradılsın və bu qrupa Azərbaycanla danışıqlar aparmaq səlahiyyəti verilsin.
Oskanyan iddia edib ki, həmin qrup 3 ay ərzində Azərbaycanla danışıqların istiqamətini dəyişə və uğurlar əldə edə bilər. Sabiq XİN başçısı həmçinin tələb edib ki, həmin 3 ay ərzində Nikol Paşinyan Azərbaycanla danışıqlar mövzusunda heç bir açıqlama, bəyaant verməsin.
“AzPolitika.info” xəbər verir ki, Oskanyanın təklifini Ermənistan mətbuatına şərh edən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu təklifin mənasız və mümkünsüz olduğunu deyib: “Oskanyanın bunu etmək üçün on il(vəzifədə olarkən) vaxtı olub. On ilə etmədiyini üç ayda necə edə biləcək? Hardan əminlik var ki, ikinci dəfə o, bunu edəcək, özü də müəmmalı adamların köməyi ilə...”
Qriqoryan bildirib ki, Oskanyanın təklifi dövlətin içərisində ikinci dövlət yaratmaq mənasını daşıyır və çox qeyri-ciddi yanaşmanı əks etdirir.
“AzPolitika.info”


Şərhlər