Menu

“Rusiya çürüyür və parçalanır...” - “Onun gələcəyi Ukraynada həll olunacaq”

12.07.2023, 16:11
“Rusiya çürüyür və parçalanır...” - “Onun gələcəyi Ukraynada həll olunacaq”

Rusiya Sovet İttifaqındakı Leonid Brejnev dövrü ilə müqayisə oluna biləcək güclü təzyiq altında parçalanır.

“AzPolitika.info” xəbər verir ki, bunu tanınmış rusiyalı hüquq müdafiəçisi Oleq Orlov “Reuters” agentliyinə müsahibəsində deyib.

“Rusiya geriyə doğru gedir. Biz kommunist totalitarizmindən uzaqlaşdıq, lakin indi fərqli bir totalitarizm növünə qayıtdıq. Mən buna faşizm deyirəm. Rusiya 21-ci əsrin gücləri sırasında öz yerini tutmaq üçün tarixi şansı əldən verib və indi onun gələcəyi Ukraynadakı döyüş meydanında həll olunacaq. Əgər bu rejim uzun müddət saxlanılarsa, o zaman Rusiya bütün dünyadan geri qalaraq uzun müddət davam edən çöküşlə üzləşəcək”,- deyə o, bildirib.

“AzPolitika.info”

Şərhlər

t.ədalət 2023-07-13 09:32:54

Rusiyanın dağılmasına Rusiya əhalisindən çox Azərbaycasndakı casus şəbəkəsi narahatdır..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol