"Gədəbəyin Söyüdlü kəndində çirkləndirici maddələrin çox olması ilə bağlı narahatlıq vardı. İlk gün aparılan hava keyfiyyətinin nəticələrinə görə təhlükəli maddələrin normadan artıq olmadığı məlum olub. Yəni hər şey norma daxilindədir".
Bunu Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması məqsədilə yaradılan Komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev keçirdiyi brifinqdə deyib.
Nazir bildirib ki, kənd sakinləri üçün müayinələrin aparılması təşkil olundu: "Müayinədən imtina edənlər də oldu. Xəstəxana şəraitində yoxlanılan da var idi".
Nazirin sözlərinə görə, Söyüdlüdə və Gədəbəydəki digər çaylarda sionid və digər ağır metallar aşkarlanmayıb.
"Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, Gədəbəy rayonunun Söyüdlü kəndində sağlamlıq nöqteyi-nəzərdən sakinlərə ciddi təsirlərin olmadığı müəyyən edilib" - deyə, nazir bildirib.
"Xəstələnmə səviyyəsi ümumi rayon üzrə orta statistik göstəricilərdən aşağıdır. Bu da o deməkdir ki, xəstələnmə hallarının Söyüdlüdə olan tullantı ilə əlaqəli olduğu təsdiqlənməyib", - o əlavə edib.
Komissiya sədri bildirib ki, 86 nöqtədə radiasiya fonu, zərərli qaz və digər əksər parametrlər üzrə göstəricilər normalar daxilində olub.
Muxtar Babayev deyib ki, toksiki maddələr üçün çay məcrası yaxınlığında süni göl yaradılması aidiyyəti qurumlarla razılaşdırılmayıb: “Vahid monitorinq nəzarət sisteminin qurulması ilə bağlı vahid plan olmayıb, sionid və digər ağır metalların təsirinin minimuma endirilməsi, ətrafda iy-qoxunun aradan qaldırılması üçün vacib tədbirlər görülməyib. Göl ətrafında lazımi maneələr quraşdırılmayıb. Sanitar-mühafizə honası müəyynələşdirməyib, hasar çəkilməyib. Söyüdlü kəndində də şirkət tərəfindən sosial layihələr həyata keçirilməyib".
"Söyüdlüdə tullantı su anbarı ilə bağlı müvafiq sənədlər aidiyyəti qurumlarla razılaşdırılmayıb, Fövqəladə Hallar Nazirliyinə təqdim edilməyib" - deyə, nazir əlavə edib.
Nazirin sözlərinə görə, ərazid süni anbar 2011-ci ildə tikilib. Gölün dayanıqlığı ilə bağlı tədqiqatların aparılması nəzərdə tutulur.
Muxtar Babayev deyib ki, mövcud tullantı anbarının istismar müddəti 3 aydan çox olmadığı, həmçinin ikinci anbarın tikintisinə razılıq verilmədiyi nəzərə alınaraq, istismarçı şirkətlə görüşdə də bu məsələlər səsləndirilib: “Şirkətə istismarın müvəqqəti dayandırılması təklif olunub. Bu barədə razılıq əldə olunub və bu barədə Nazirlər Kabinetinə təklif veriləcək”.
"Gədəbəyin Söyüdlü kəndində müayinələrin aparılması üçün bir neçə beynəlxalq şirkətin ölkəyə dəvət olunması üçün danışıqlar aparılır" - deyə, Muxtar Babayev əlavə edib.
Nazir bildirib ki, iyulun sonunda müayinələrin aparılmasına başlanılacaq.
Muxtar Babayev deyib ki, tullantı anbarı ilə bağlı icazələrin alınmasında bir sıra uyğunsuzluqlar aşkarlanıb: "Prezident İlham Əliyev tərəfindən dünən müşavirədə xüsusən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bağlı bir sıra haqlı iradlar səsləndirilib. Prezidentin tapşırığı, səsləndirilən iradların aradan qaldırılması üçün bütün qüvvələr səfərbər ediləcək. Çalışacağıq ki, belə hallarla üzləşməyək. Bütün tapşırıqlar icra olunacaq”..

Şərhlər
Bütün sahələrdə olduğu kimi... Baxin parlamentə, neçə illərdir kimlər oturdular, baxin icra strukturlarındaki kadrlara, baxin təhsilə, səhiyyəyə, baxin telekanalizasiyalara...
Gədəbəy camaatı deyən oldu.
Cənab Prezident işə qarışandan sonra işlər öz qaydasına düşməyə başladı. Gədəbəydə görülən işlər onu deməyə əsas veriri ki, vətəndaşların müraciətlərinə dövlət qurumları , xüsusilə nazirlik fikir verməyiblər, verilsəydi vətəndaşlarla polis arasında qarşı durma olmazdı
Bah!Nəqqədddər poetik!A balam,bu işləri əvvəldən görəmmirdinizmi?Siz,ümumiyyəıtlə,bütün məmurlar sizə hansı işi yerinə yetirmək lazım olduğunu bilmirsinizmi?Səhərdən axşama qədər oturub yumşaq kreslolarda cənab Prezidentin tapşırığınımı gözləyirsiniz?Tapşırıq olmayan günlər əsnəyə-əsnəyə oturursunuzmu ki,saat tezcə beş olsun,gedək villamıza,içində qızıl balıqlar üzən hovuzda çimək?Qulluqçular su üstündə taxta podnisda viski və ləbləbi versinlər,hər dəfə suya baş vurub çıxanda viskidən bir udum alıb bir badam-fıstıqnan zakuska eləyib yenə su altına girəsiniz.Hərdən çıxıb kinolarda gördüyünüz tərzdə uzun xalat geyib yellənən kreslolarda tacir Əsgər kimi yellənəsiniz,sonra yenə hovuza bir kəllə.Həyatda amacınız ancaq bu imişmi ki,belə xoşbəxtliyə çatınca ekstaz halında olub milləti unutmusunuz?Siz anlaya bilmirsinizmi ki,tapşırıq gözləyə-gözləyə hovuzda çimib zaqar eliyə-eliyə ikinci zastoy dövrünü yaratmısınız?Millət də sizlər kimi müstəqilliyin dadını çıxarmaq istəmirmi?Yoxsa yalnız sizlər üçün yaradıb Allah Təala Azərbaycanın yeraltı və yerüstü sərvətlərini?Yaxşı,indi nə yollasa muradınıza çatmısınız,heç olmasa özünüzə aid olan işi vaxtında və layiqincə görün ki,millətlə polis arasında qarşıdurma yaranmasın.Hərmətli cənab Prezidentimizin dünən dediyi o cür sözlərdən sonra yenə də “tapşırıq”dan söz açırsınız. Deyirsiniz ki, “Prezidentin tapşırığı,səsləndirilən iradların aradan qaldırılması üçün bütün qüvvələr səfərbər olunacaq.Çalışacağıq ki belə hallarla üzləşməyək. Bütün tapşırıqlar icra olunacaq”.Öz işinizi görmək üçün Prezident niyə tapşırıq verməlidir sizlərə?Öz işiniz nədən ibarətdir?Səhərlər 9-da kabinetə girib oturmaqdanmı?Siz icrakomsunuzmu ki,tapşırıq gözləyəsiniz?Tapşırıq olmasa iş görməyəcəkmisiniz?Bütün idarə və təşkilatlar bu zastoy xəstəliyinə tutulub vallah.Hansı məmur ağzını açırsa,mütləq deyəcək ki,Prezidentin tapşırıqlarını yerinə yetirəcəyik.A balam,cənab Prezidentimiz respublikadakı bu qədər nazirliklərə,onların tabeliyindəki idarələrə,saysız-hesabsız qurum və təşkilatlara,icrakomlara,bələdiyyələrə,orduya,MTN-ə,sərhəd xidmətinə ,komitələrə,deputatlara,polis rəislərinə,elçilərə və sair və ilaxırlara hər gün tapşırıq verə-verə durammaz ki.İnsan gücündən kənar bir işdir bu.Sizlərdən hər birinizin görməli olduğunuz işlər bəlli deyilmi idarələrinizin nizamnaməsində?Bax o işləri görün də tapşırıq filan gözləmədən.Pay atonnan!Tapşırıq gözləyən məmurlar əlindən respublikada daha adam kimi çimmək də olmur ee sabun bahalaşıb deyə.Şair də boşuna deməyib ki.”Vətən mənə məmur desə nə dərdim,Mamır olub kresloda bitərdim”.Adə bəsdirin dəə.Kabinetin pəncərəsindən baxanda görmürsünüzmü Həzrət İsanın anadan olmasından 2023 il ötüb?Heç düşünmürsünüzmü ki, iki min il ötsə də beyninizdə hələ də quldarlıq dövrü ənənələri qalıb?Rəhmətlik Fizuli salam verib,rüşvət deyil deyə almayıblar.Amma ,cənab məmurlar,beş yüz il qabaq olub ee o.Yəni beş yüz il müddətdə heçmi dəyişəmməmisiniz?Niyə qonşu gürcü məmurlar qısa müddətdəcə dəyişə bildilər,siz dəyişəmmədiniz?Halbuki sizin yığdıqlarınızın yüz mində biri yoxdu onlarda.