Menu

BAYRAMOV İRƏVANA XƏBARDARLIQ ETDİ - "Ən sərt formada cavablandırılacaq..."

13.07.2023, 21:08
BAYRAMOV İRƏVANA XƏBARDARLIQ ETDİ - "Ən sərt formada cavablandırılacaq..."

Hər kəs, ilk növbədə, Ermənistan başa düşməlidir ki, heç bir təxribat cavabsız qalmayacaq və ən sərt formada cavablandırılacaq.

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, təxribatların törədilməsinin istənilən prosesə, görüşə və ya ümumilikdə danışıqlara yalnız mənfi təsiri ola bilər.

"Çünki onlar sülhə mənfi təsir göstərir, daha çox gərginlik yaradır. Azərbaycanın mövqeyi birmənalıdır. Azərbaycanın çağırışı Ermənistanı bu təxribatlardan çəkindirməkdir. Azərbaycan əsgərinə qarşı olan hər hansı bir təxribat ən sərt formada cavablandırılacaq. Bu addım təxribatı düşünənlərin və onu həyata keçirənlərə xeyir verməz”, - nazir qeyd edib.

Şərhlər

Vətəndaş 2023-07-14 10:24:45

Bu neçə mininci xəbərdarlıqdır? Ho-ha deməklə donuz darıdan çıxmaz! Ay "XİN" başçısı!Bu xəbərdarlığın məğzi nədir?

Ağdam kəndliləri 2023-07-14 08:42:53

Cənab XİN C.Bayramov, hər bir diplomat xəbərdarlığından öncə tam təhlükəsizlik zəmanəti gərək deyilmi? Ermənistan sərhəddimizin o tayındadır!? Ancaq, Azərbaycanımızın coğrafi mərkəzindən belə 36 cı il davam edən təhlükə yox edilməyib? Oradakı erməniləroradan köçürülməyənə qədər etnik terrora məruz azərbaycanlı ailələrin təhlükəsizliyinə BMT TŞ DQMV həllində göstərilən zəmanət mümkün görünmür?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol