Menu

Nikaraqua və Kuba beynəlxalq sənədə qoşulmaqdan imtina edib

18.07.2023, 17:30
Nikaraqua və Kuba beynəlxalq sənədə qoşulmaqdan imtina edib

Avropa İttifaqı və Latın Amerikası ölkələri arasında baş tutan sammitdə Ukraynadakı müharibənin necə və ya hətta qeyd edilib-edilməməsi ilə bağlı diplomatik mübahisələr yaranıb.

“AzPolitika.info” “Politico”-ya istinadla xəbər verir ki, Aİ ilə Latın Amerikası və Karib Hövzəsi Dövlətləri İcması (CELAC) arasında keçirilən sammitin ilk günü möhkəmlənmiş qitələrarası əlaqələri təsdiqlənməsinə həsr olunub.

Lakin Avropa İttifaqı nümayəndələrinin Latın Amerikası ölkələrini Rusiyanı Ukraynadakı müharibəyə görə qınamağa inandırmağa çalışdıqları üçün, danışıqlar boşa çıxıb.

Üç Aİ rəsmisinin sözlərinə görə, Nikaraqua və Kuba Ukrayna ilə bağlı təklif olunan dilə şiddətlə qarşı çıxıblar. Bir diplomatın iddiasına görə, adıkeçən ölkələrin nümayəndələri bu qərarı Moskvadan zənglə gələn tövsiyə əsasında ediblər.

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol