Menu

“ERMƏNİLƏRİN BU İDDİALARI XÜLYADIR” - Politoloqdan açıqlama

20.07.2023, 16:17
“ERMƏNİLƏRİN BU İDDİALARI XÜLYADIR” - Politoloqdan açıqlama

“Xankəndidə oturaq “aksiya” Rusiyaya qarşı çevrilə bilər, yəni separatçılar etirazlarının növbəti mərhələsində rusiyalı sülhməramlıların Qarabağ ərazisindən çıxmasını tələb edəcəklər".

Bu barədə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti yazıb. Separatçılar ondan narazıdırlar ki, Rusiya kontingenti Azərbaycana qarşı heç bir addım atmayıb, Laçın yolunu “acmayıb” və s. Bunun davamı kimi separatçıların lideri Araik Arutunyan Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə Qarabağın ermənilər yaşayan ərazilərinə “beynəlxalq qüvvələrin” yerləşdirilməsini təmin etməyə çalışacaqlar.

Politoloq Elxan Şahinoğlu hesab edir ki, bu iddialar xülyadır:

“Birincisi, heç bir dövlət və beynəlxalq təşkilat Qarabağa hərbçilərini göndərməz. Xarici mərkəzlərin bir qismi sözdə Ermənistana və erməni separatimizinə dəstək versələr də, Azərbaycanla qarşıdurmaya gedərək vətəndaşlarını ölüm təhlükəsi olan bölgəyə göndərməyəcəklər. Bunu separatçılar da anlayırlar.

İkincisi, separatçılar Rusiyadan narazı qalsalar da (halbuki, rusiyalı hərbçilər Kremlin təlimatıyla erməni separatizminə dəstəklərini artırıblar) bu ölkənin hərbi kontingentinin bölgəni tərk etməsini tələb etməyəcəklər. Çünki narazılıqlarına rəğmən, separatçıların Rusiyadan ikiəlli yapışmaqdan başqa seçimlər yoxdur”.

Politoloq hesab edir ki, “Hraparak” nəşrinin xəbərində kiçik də olsa həqiqət payı varsa, yəni separatçılar növbəti mərhələdə Rusiya hərbi kontingentinin bölgəni tərk etməsini reallaşdırmağa çalışacaqlarsa, bu Azərbaycanın işi asanlaşdıracaq.

“Məqsədimiz elə Rusiya hərbi kontingenti olmadan separatçılarla məsələni birdəfəlik həll etməkdir”, - E.Şahinoğlu vurğulayıb.

Rasim

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol