Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Babək Ələkbərov yüksək vəzifəyə təyin edilib.
Belə ki, Babək Ələkbərov Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin komandanı olub.
O, bu vəzifədə DSX rəisi general-polkovnik Elçin Quliyevin şəxsi heyətlə iş üzrə rəis müavini təyin edilmiş general-leytenant Rəsul Tağıyevi əvəzləyib.
Qeyd edək ki, B.Ələkbərov Vətən müharibəsində şücaət göstərən hərbçilərdən biri olub. O, Zəngilan rayonunun və Xudafərin körpüsünün azad edilməsini Ali Baş Komandan İlham Əliyevə məruzə edib. Müharibədən sonra Prezidentin sərəncamı ilə Babək Ələkbərova “Vətən Müharibəsi” Qəhrəmanı adı verilib.

Şərhlər
Xeyirli uqurlu olsun !!!
Gözel teyiinatdır xeyirli uğurlu olsun ve ne qeder Ordumuzun butün sahelrinde layiqlı ve peşekar kadrlarlar vezifelere getirilse Dövlet de ,Millet de udar ,Necmeddin ve onabenzerler Orduya yol taoa bilmezler.Yüksek Ruh yüksekliyi Orduda en vacib faktorlardan biridir.