“Rusiya lideri Vladimir Putin “Vaqner” PMC-nin rəhbəri Yevgeni Proqojinə nə edəcəyini düşünərkən vaxt udmağa çalışır. Bu üsyan Putinin qurduğu sistemin əsas zəifliklərini nümayiş etdirir”.
“AzPolitika.info” xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns Təhlükəsizlik Forumunda çıxış edərkən deyib.
MKİ direktoru vurğulayıb ki, Rusiya lideri hələ də Priqojindən qisas almaq istəyir:“Putin ümumiyyətlə intiqamın ən yaxşı soyuq yemək olduğunu düşünən bir insandır. Ona görə də intiqam hissi ilə yaşayan Putinin Priqojini cəzalandırmaması təəccüblü olardı”.
“AzPolitika.info”


Şərhlər