Menu

“Onun həbsi siyasi motivlidir” - Rusiyalı milyarder Qirkinə bəraət istədi

26.07.2023, 11:58
“Onun həbsi siyasi motivlidir” - Rusiyalı milyarder Qirkinə bəraət istədi

Tanınmış rusiyalı milyarder, “Yukos” şirkətinin sabiq rəhbəri, hazırda isə Putin hakimiyyətinə müxalif olan Mixail Xodorkovski Donbas separatçılarının sabiq lideri İqor Qirkinin(Strelkov) müdafiəsinə qalxıb.

“AzPolitika.info” xəbər verir ki, Xodorkovski özünə aid sosial şəbəkə səhifələrində Qirkinin siyasi motivlər əsasında tutulduğunu yazıb və ona bəraət verilməsini tələb edib: “Mən Strelkovu Hollandiya təyyarəsinin vurulmasına görə Haaqa məhkəməsinin qərarına əsasən cinayətkar hesab edirəm. Mən Strelkovu 2014-cü ildə Kremlin sifarişi ilə Donbasda törətdiyi təxribatlara görə cinayətkar hesab edirəm. Ola bilsin ki, onun cinayətləri daha çoxdur və mən məhkəmə deyiləm ki, bu barədə hökm verim. Lakin istənilən, hətta ən xoş olmayan mövqenin belə ifadəsi cinayət sayıla bilməz.

Deməli, Qirkinə qarşı indiki ittihamlar qanunsuzdur və onu Rusiyada siyasi mövqeyinə görə təqib olunanlar siyahısına daxil edir. Buna görə də o, hazırkı ittihamlara görə bəraət almalıdır”.

Xatırladaq ki, Qirkin son zamanlar Putini və Müdafiə Nazirliyini sərt tənqid və təhqir etməsilə seçilirdi. Bir neçə gün əvvəl həbs edilən və Haaqa məhkəməsinin terrorçu kimi barəsində ömürlük həbs cəzası qərarı verdiyi Qirkin Rusiyada “ekstremizm” maddəsilə ittiham olunur.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol