Menu

"Taxıl sazişi”nin dayandırılması Afrikanı iki il ac qoya bilər - Britaniya kəşfiyyatı

28.07.2023, 13:23
"Taxıl sazişi”nin dayandırılması Afrikanı iki il ac qoya bilər - Britaniya kəşfiyyatı

Vladimir Putinin iyulun 27-də Sankt-Peterburqda təşkil etdiyi “Rusiya-Afrika sammiti” ətrafında müzakirələr davam edir. Əvvəki tədbirlə müqayisədə daha az sayda (43-ə qarşı 17 dövlət) Afrika liderinin qatıldığı sammitdə Putinə “taxıl sazişi”nin dayandırılmasının çox zərərli addım olduğu çatdırılıb.

Belə ki, Afrika İttifaqının rəhbəri Azali Assumani “taxıl sazişi”nin dayandırılmasının Afrika ölkələrinin Moskva ilə münasibətlərinə təsir edəcəyini bildirib.

“AzPolitika.info” xəbər verir ki, son hesabatında bu mövzuya toxunan Böyük Britaniya kəşfiyyatı Rusiyanın “taxıl sazişi”ni dayandırmasının Afrika ölkələrinin azı iki il taxıl, ərzaq qıtlığı yaşamasına gətirib çıxaracağını bildirib.

Hesabatda deyilir ki, bu addım eyni zamanda dünya bazarında taxılın qiymətinə təsir edəcək və kasıb Afrika ölkələrinin alıcılıq qabiliyyətini aşağı salacaq. Xüsusilə Efiopiya, Keniya, Somali və Sudan kimi ölkələrin aclıqdan əziyyət çəkəcəyi proqnozlaşdırılır.

“AzPolitika.info”       

Şərhlər

Eldeniz 2023-07-28 13:33:19

Amma nedense butun Avropa ve Rusiya Qarabagdaki ermenilerin hesretini cekirler ..deyirler amamndi qoymayin bes 5 ci nesil ermeni yasayir Xankendiide onlar ancaq Lacin yolu ile gelen erzaqi yeyirler , basqa yoldan geleneleri yox ..Putini Afrikaya buraxmadilar , onun Krimdaki mostunu dagitdilar ..Putin muellim de herislenib dedi aye qoymayajam taxil dasinsin qara qiteye ...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol