Menu

Narkotik saxlamaqda təqsirləndirilən şəxsə bəraət verilib

31.07.2023, 15:58
Narkotik saxlamaqda təqsirləndirilən şəxsə bəraət verilib

Satış məqsədi olmadan narkotik saxlamaqda ittiham olunan Kazakov Aleksandr Aleksandroviçin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Aleksandr Kazakovun təqsiri sübuta yetirilmədiyindən ona bəraət verilib.

Qeyd edək ki, Kazakov Aleksandr Aleksandroviç Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə ittiham olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol